Ermənistanda son bir gündə koronavirusa 560 yoluxma halı aşkarlanıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi bildirib.

Qeyd edilir ki, bununla da COVID-19-a yoluxanların ümumi sayı 20 260 nəfəri ötüb. Son sutkada təhlükəli infeksiyadan daha 18 nəfər ölüb.

"Ermənistanda koronavirusa 20 268 yoluxma təsdiq edilib. Virusa yoluxmuş 9 002 pasiyent sağalıb. 350 insan ölüb", - mərkəzdə bildirilib.

Bildirilib ki, hazırda 10 802 pasiyentin müalicəsi davam etdirilir, koronavirusla bağlı 95 754 test aparılıb/Report.