"Neftçi" müqavilə müddəti başa çatan daha bir futbolçusu ilə yollarını ayırıb.
Mia.az kluba istinadən xəbər verir ki, yunanıstanlı yarımmüdafiəçi Vangelis Platellasla əməkdaşlığa son qoyulub.
32 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb.
"Ağ-qaralar" daha əvvəl Tural Axundov, Soni Mustivar və Donald Gerye ilə vidalaşıb.