Ermənistanda daha 665 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununlada Ermənistanda virusa yoluxanların sayı 19 157-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 319-a çatıb. İndiyədək 8 266 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 462 aktiv koronavirus xəstəsi var/Report.