Bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Paytaxtın kommunal strukturlarından Mia.az-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunan müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.