Tovuzda iki nəfərə Kür çayında batıb.

Məlumata görə, hadisə Kür çayının Tovuz rayonunun ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, 2 nəfər Kürdə çimən zaman boğularaq ölüb. Hadisə yerinə xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, həmin şəxslər 1974-cü il təvəllüdlü Abulbəyli kənd sakini Həsənov Namiq Əli oğlu və 1986-cı il təvəllüdlü İsnaylov Abbas Hüseyn oğludur/APA.