Mərhum Prezident Heydər Əliyev məşhur "aeroport müşavirəsi"ində yüksək ranqlı məmurları özbaşınalıq etməkdə ittiham edib, onları kəskin danlayıb.

Mia.az xəbər verir ki, o, Sərhəd Xidmətinin o zamankı rəisini, AZAL-ın rəhbəri Cahangir Əsgərovu, Bakının icra başçısını və digər məmurlara kəskin irad bildirib, eyni zamanda, məmurların bir-birlərinə "cənabları" xitabı ilə müraciət etməsini doğru saymayıb.

Hətta müşavirədə o zamankı Xarici işlər naziri Vilayət Quliyevi ayağa qaldırıb, dilçi kimi buna izahat verməsini istəyib.

Vilayət Quliyevin isə "Keçmişdə şahlara belə xitab edilib" izahatına isə Heydər Əliyev belə reaksiya verib: "İndi buradakıların haısı şahdır ki?".

Həmin müşavirədki maraqlı tarixi anların videolarını təqdim ediirk: