Türkiyənin Bingöl Karlıova bölgəsində 5.6 bal gücündə zəlzələ olub. 

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakətlər və Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Açıqlamaya görə, zəlzələ səhər saat 09:51 radələrində yer səthindən 7 kilometr dərinlikdə baş verib. Dağıntı və tələfat barədə hazırda məlumat yoxdur. Xatırladaq ki, Bingöl vilayətində ötən gün baş verən zəlzələ 5.7 bal gücündə idi.