Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin daha bir əməkdaşı işdən çıxarılıb.
Mia.az Unikal.org-a istinadla xəbər verir ki, şöbənin sektor müdiri Rüfət Əliyev tutduğu vəzifədən azad edilib.
Məlumata görə, R.Əliyev keçmiş Tikinti və sənaye naziri Ənvər Əliyevin oğludur.
Qeyd edək ki, bundan əvvəl həmin şöbənin daha 5 əməkdaşının işdən çıxarılması haqda da xəbər yayılıb.
Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdi.