Azərbaycan Respublikasında koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Bildirilib ki, bununla da Azərbaycanda koronavirusa yoluxanların sayı 9570-ə, sağalanların sayı 5309-a, vəfat edənlərin sayı isə 115-ə çatıb.