Azərbaycanda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a verilən məlumata görə, yerli vaxtla saat 16:08-da Gədəbəy stansiyasından 42 km cənubda Gədəbəy ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.3, dərinliyi 9 km olan yeraltı təkan hiss olunmayıb.