“Bəzən deyirlər ki, həftəsonu karantin edilsə də, sayda artım yenə də qalır. Amma halbuki ondan qabaqkı testlərin nəticələrin həmin gün çıxır”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, hər bir insana potensial virus daşıyıcısı kimi baxmalıyıq: “Bir insanda xəstəliyin əlamətlərinin başlaması 7-14 gün təşkil edir. Yəni keçən həftənin nəticəsini hələ gözləməliyik. Gələn həftə əgər yoluxma sayında azalma olsa, o zaman nəticənin effektiv olmasını demək mümkün olacaq. İnkubasiya dövrü fərdi xarakter daşıyır”.
Report