"Azərişıq" ASC-nin "Aran" Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) rəisi Canəhməd Əhmədov vəzifəsindən azad edilib.
Bununla bağlı səhmdar cəmiyyətinin sədri Vüqar Əhmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, onun yerinə "Xətai" RETSİ-nin rəisi Elnur Həsənov təyin olunub.
Xatırladaq ki, C.Əhmədova ölkə prezidentinin 19 oktyabr 2017-ci il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” adı verilib/Report.