"Bakı-Naxçıvan-Bakı aviareysinə buraxılış da 48 saat qüvvədə olacaq arayış (koronavirusun aşkar olunmaması barədə) əsasında həyata keçiriləcək".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
“Çox güman ki, bu reysdən istifadə edənlər karantinə alınmayacaq”, - deyə o, qeyd edib/Report.
Xatırladaq ki, iyunun 18-də saat 12.00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq: "Həmin gün saat 15.00-da ikinci uçuş olacaq".