Koronavirusla mübarizədə dövlətə və həkimlərə dəstək olmaq və yeni biliklər qazanmaq üçün könüllülər axtarılır. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Mia.az-a verilən məlumata görə, könüllü xidmət üçün yalnız III, IV , V və VI kurs tələbələri və rezidentlər müraciət edə bilərlər.

Könüllü xidmət üçün https://docs.google.com/forms/d/e/1FAIpQLSeGcImK3EogaAB2CTW186RbhvrvtHExLDMffxRhE_bR3kdsOA/viewform  daxil olaraq qeydiyyatdan keçmək olar.  

Qeyd olunub  ki, könüllü işlər həm ofis, həm də xəstəxanada həyata keçirilə bilər.