Redaktor bildirib ki, bununla bağlı Yasamal məhkəməsindən "Azadlıq"qəzetinə məktub gəlib. Qəzet 10 gün ərzində "Binə” bazarının sahibi Kəbirə Məmmədovanın iddiası üzrə 32 min məbləği ödəməzsə, hesab bağlanacaq.
Xatırladaq ki, Apellyasiya Məhkəməsi, eləcə də də Ali Məhkəmə "Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın "Azadlıq” qəzetinə və onun müxbiri Ramin Dekoya qarşı iddiası üzrə qərarı qüvvədə saxlayaraq cavabdehlərin iddiaçıya müvafiq olaraq 30 min manat və 2 min manat ödəməsi barədə qərar çıxarmışdı.