“Həssas qrupdan olan tələbələr sentyabr ayından başlayaraq dekabrın əvvəlinə kimi növbəti semestr üçün təhsil haqqı ilə bağlı sistem vasitəsilə yenidən müraciətlərini yerləşdirə bilərlər”.
Mia.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova deyib.
O bildirib ki, ödənişlərlə bağlı yenidən müraciət olunmalıdır: “Çünki dəyişiklik ola bilər. Məsələn hər hansı tələbənin valideyni iş tapa bilər və ya işləyən işdən çıxa bilər”.