Amerikada dini etiqad azadlığı üzrə səfiri, diplomat Azərbaycan Milli Məclis aparatının beynəlxalq əlaqələr şöbəsininin sabiq sektor müdiri Rahim Axundovun vəzifədən çıxarılmasına reaksiya verib.
Mia.az xəbər verir ki, diplomat "Tvitter"dəki səhifəsində MM rəhbərliyi tərəfindən sektor müdirinin sırf inancına görə işdən azad olunmasını qınayıb.
Diplomat Sam Braunberq yazıb ki, insanları sırf imanına,etiqadına görə təqib etmək,onları qulluq və vəmiyyətdəki mövqelərindən təcrid etmək çox böyük ədalətsizlik və qanunsuzluqdur:

"Vicdan azadlığı olan ölkələrdə hər bir kəs sərbəstdir.Dini inancına və qanunlarla qorunan hüquqlarına hörmətlə yanaşılmalıdır".
Xatırladaq ki, Rahim Axundov MM-in sabiq sədri Oqrat əsədov tərəfindən vəzifədən çıxarılıb. O isə bu qərarla razılaşmayaraq, məhkəməyə müraciət edib. Məsələ ilə bağlı çoxsaylı iclaslar olub.
R.Axundovun Mia.az-a verdiyi məlumata görə, sabah Bakı Apellyasiya Məhkəməsində növbəti proses olacaq.

Rahim Axundov