"Qarabağ" Azərbaycan Premyer Liqasındakı fasilə müddətində bir futbolçu ilə yollarını ayırıb.

Mia.az-ın kluba istinadla məlumatına görə, hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Xatırladaq ki, Seneqal əsilli fransalı forvard "Qarabağ"a 2019-cu ilin yayında keçib. Həmin vaxt onunla 2 illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçu cari mövsüm 28 oyuna 8 qol vurub.