Sabah - iyunun 7-də Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Paytaxtın kommunal strukturlarından Mia.az-a verilən məlumata görə, dezinfeksiya işləri səhər saatlarından başlayacaq.