Ağstafa rayonunda yerli sakin özünü asaraq öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1960-cı il təvəllüdlü Novruz Bostan oğlu İbrahimov özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.