“Son günlər 4 iyun 1993-cü il hadisələri ilə bağlı fərqli fikirlərin və o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərini müşahidə edirik”.
Bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Ə.Hüseynlinin sözlərinə görə, o zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib:
“Əminəm ki, gələcək nəsillər də həmin qərardan düzgün nəticə çıxaracaqlar. Məlum hadisələr o zamankı hakimiyyətdə olan 17 nəfərin səhvi üzündən baş verib. Tarixi həqiqət ondan ibadətdir ki, o zaman qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub. Ermənilər baş verənlərdən istifadə edib”.
Report