TƏBİB-in imtahanlarla bağlı hazırladığı qaydalarda abituriyentlərin və valideynlərinin virusla bağlı arayış gətirməsi ilə bağlı tələb yoxdur.
Mia.az xəbər verir ki, bu sözləri TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O xatırladıb ki, testlərin kimlər üçün keçirilməsi bəllidir: "Sırf imtahanlarda iştirak edəcək şəxslərin testdən keçirilməsi tələbi yoxdur. Tövsiyəm odur ki, abituriyentlər əsas fikirlərini imtahana hazırlaşmağa yönəltsinlər".