"Uzunmüddətli qadağalar xəstə sayının azalmasına səbəb ola bilər. Amma təcrübə göstərir ki, bundan sonra da əhalinin çoxsaylı yoluxma halları var".
Mia.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, son tədbirlərdən sonra yoluxma sayında azalma mütləq olacaq: "Nəticəni 7-14 gün sonra görə bilərik. İnsanlar da sərt rejimdən çıxandan sonra tələb olunan qaydalara riayət etməlidirlər ki, sayda azalma olsun".