“9-11-ci sinif şagirdlərinin dərslikləri qaytarması iyunun 15-30-u müddətində olacaq. Çünki həmin sinfin şagirdləri məktəbi bitirib gedə bilər”.

Mia.az Report-a istinadla xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Orxan Abbasov deyib.

Onun sözlərinə görə, digər siniflər bu prosesi avqustun 1-15-də edəcəklər: “I-V sinfin şagirdləri isə dərslikləri sentyabrın 1-15-də təhvil verməli olacaqlar”.