Abşeronda polis azyaşlı uşağın həyatını xilas edib.
Mia.az Unikal.org-a istinadla xəbər verir ki, Saray qəsəbəsində azyaşlı uşağın halı pisləşib.
Bu zaman ərazidən keçən Abşeron Rayon YPX-nin əməkdaşı Cabbarov Xaliq Hümbət oğlu uşağa ilkin tibbi yardım göstərib.
Sonra polis əməkdaşı azyaşlını Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsindən sonra uşağın həyatı xilas olunub.







