Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 5 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 3 327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1 858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".