İspaniyanın "Atletiko" klubunun futbolçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur.
EFE agentliyi xəbər verir ki, prokuror 32 yaşlı hücumçu üçün 6 ay həbs və 500 min avrodan çox pul cəzası tələb edib.
Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib/Report.