25-29 may tarixlərində Dövlət İmtahan Mərkəzində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan Digital Marketing Institute şirkətinin “Certified Digital Marketing Professional” sertifikat imtahanı və Association of Certified Anti-Money Laundering Specialists təşkilatının “CAMS 6 English” adlı sertifikat imtahanı keçirilib.
DİM-dən Mia.az-a verilən məlumata görə, ümumilikdə imtahanlarda həftə ərzində 5 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçıların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.