Bu gün “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində Müqəddəs Ramazan ayının bitməsi münasibətilə həmvətənlərimiz üçün bayram süfrəsi təşkil edilib.

Mia.az xəbər verir ki cəmiyyətin sədri Rəşid Məmmədov tədbirdə çıxış edərək, müqəddəs Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edib, tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb.

Qeyd edək ki, Ramazan ayı ərzində iftar və bayram süfrələrinin təşkili “QALA” Cəmiyyətində ənənəvi tədbirlər sırasındadır.