Kürdəmir rayonunun Sığırlı kəndində daha 4 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.
Bununla da kənddə təhlükəli virusa yoluxanların sayı 17-yə çatıb.
Rayon üzrə koronavirusa yoluxanların ümumi sayı 65 nəfər təşkil edir/Report.
***
Kürdəmir rayonunda koronavirusa yoluxanların sayı artıb.
Mia.az Report-a istinadla xəbər verir ki, son bir gündə rayonun Sığırlı kəndində daha 1 nəfərin koronavirus testi müsbət olub.
Nəticədə yoluxanların sayı 13 nəfərə çatıb.
Rayon üzrə son 24 saat ərzində ümumilikdə 7 nəfərdə COVID-19 aşkarlanıb.
Bununla da Kürdəmirdə yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 61 nəfərə çatıb. COVID-19 daşıyıcıları arasında ölən yoxdur.