TƏBİB Azərbaycanda koronavirusla bağlı mayın 21-nə olan statistik göstəriciləri açıqlayıb.
Mia.az TƏBİB-ə istinadla xəbər verir ki, bu gün 131 nəfər virusa yoluxub. Bununla da hazırda koronavirus daşıyıcı olan xəstələrin sayı 1365 nəfərə çatıb: "Onlardan 63-ü reanimasiyadadır, 13 xəstə isə süni nəfəs aparatına qoşulub".
O da bildirilib ki, bu gün ölkədə koronavirusla bağlı 6887 nəfər testdən keçirilib.