"Bakının Xətai rayonuna yeni prokuror təyin edilməsi ilə bağlı yayılan məlumatlar yalandır".
Bu barədə APA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
O qeyd edib ki, belə bir təyinat olmayıb: “Bəzi KİV-də Astara rayon prokuroru Qabil Qasımovun Xətai rayon prokuroru vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirməyindən tərəfimizdən təkzib olunur”.
E.Sultanov həmçinin KİV nümayəndələrinə müraciət edərək əldə etdikləri məlumatları Baş Prokurorluğun Mətbuat Xidməti ilə dəqiqləşdirdikdən sonra yaymalarını tövsiyə edib.
***
Baş prokuror Kamran Əliyev Xətai rayonuna yeni prokuror təyin edib.
Bununla bağlı Baş prokuror müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Astara rayonu prokuroru Qabil Qasımov Xətai rayonuna yeni prokuror təyin edilib.
Qeyd edək ki, Xətai rayonu prokuroru Yusif İldırımzadə bir neçə gün öncə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi/Sabah.az.