Deputat Elman Nəsirov, həm də QHT rəhbəri imiş.
Mia.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O bildirib ki, Elman Nəsirov hər ay deputat kimi 5200 manat maaş almaqla yanaşı, həm də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant layihələrində iştirak edib: "Nəsirov "Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi vasitəsilə hər qrant mövsümündə özünün və qardaşı Ruslan Nəsirovun adına 9000 manat qrant alıb".
Mia.az-ın məlumatına görə, adıçəkilən QHT-yə hazırda Elman Nəsirovun qardaşı rəhbərlik edir: "Elman Nəsirovun aldığı qrant layihəsi 2017-yə, qardaşının aldığı layihə isə 2018-ci ilə təsadüf edir...".
