“İnsan alveri ilə mübarizə sahəsində görülməli işlər çoxdur”. 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov deyib.

O bildirib ki, bu sahədə kommunikasiyanı genişləndirməyə, beynəlxalq əməkdaşlığı artırmağa ehtiyac var/APA.