"Bu gün Bakıda ərzaq qıtlığı yoxdur. Bu da aparılan qabaqcıl tədbirlərin nəticəsidir".
Mia.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünki brifinqində deyib.
Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayı ilə müqayisədə yoluxma sayı qənaətbəxşdir.
O bildirib ki, Bakıda küçələr xüsusi maddələrlə yuyulur.
Eldar Əzizov daha sonra sakinləri maska taxmağa çağırıb.
E. Əzizov deyib ki, yaxın gələcəkdə çimərliklərin açılması nəzərdə tutulub: “Ancaq çimərliklərdə də sosial məsafə və digər tələblərə riayət etmək lazımldır”.