Azərbaycanda tibb işçisi koronavirusdan vəfat edib.
Mia.az Unikal.org-a istinadla xəbər verir ki, Gəncə 3 nömrəli Təcili Tibbi Yardım xəstəxanasının həkimi Cəmşid Abbasov vəfat edib.
Bir müddət əvvəl koronavirusa yoluxan və Bakı şəhərindəki ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilən Cəmşid Abbasovun həyatını xilas etmək mümkün olmayıb.