Ukraynada daha 325 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 18 616-ya çatıb.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 21 nəfər artaraq 535-ə yüksəlib.
İndiyədək Ukraynada 5 276 nəfər koronavirusdan sağalıb/Report.