Türkiyədə daha 44 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, bununla da ölkədə virusdan ölənlərin sayı 4140 nəfərə çatıb: "Son sutkada Türkiyədə koronavirusa daha 1368 yoluxma qeydə alınıb. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 149 435 nəfərə yüksəlib".