İranda koronavirusdan daha 35 nəfər ölüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da İranda virusdan ölənlərin sayı 6937 nəfərə yüksəlib:
"Son gündə daha 1757 nəfərdə koronavirus aşkarlanıb ki, bununla da yoluxanların ümumi sayı 118392 nəfərə çatıb".