Azərbaycan Prezident Administrasiyasında yeni dəyişiklik olub.

Məlumata görə, polis general-mayoru Yaşar Əliyevə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsində vəzifə verilib/Unikal.org.

Mia.az xəbər verir ki, Y. Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin müavini təyin olunub. O, eyni zamanda,  həqiqi hərbi xidmətə qəbul olunub və general-leytenant hərbi rütbəsi alıb.

Xatırladaq ki, Y.Əliyev bu təyinata qədər Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində işləyib.

Mia.az