"Karantin rejimi tam ləğv olunmayıb. Ona görə də postların ləğvi nəzərdə tutulmur".

Mia.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qaydalara necə əməl olunmasına nəzarət DİN tərəfindən tənzimlənir: "Onlar hesab etsə ki, artım və ya azalmaya ehtiyac var buna uyğun da qərar veriləcək".

O qeyd edib ki, narıncı zona hesab edilən ərazilərə giriş-çıxış qadağası qüvvədədir. İ.Məmmədov əlavə edib ki, kütləvi idman tədbirləri ilə bağlı məsələ gündəmdədir və ola bilsin ki, növbəti mərhələdə nəsə qərar qəbul edilsin.