İsraildə koronavirusa yoluxanların sayı 16 589 nəfərə çatıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 22 yeni yoluxma, 2 ölüm hadisəsi qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 266-ya çatıb. İndiyədək 12 587 pasiyent sağalıb.

İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub./Report