Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz xəstəxanadan evə buraxılıb. 

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 71 yaşlı funksionerin müalicəsi evində davam etdiriləcək. 

Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub.