İranda son sutka ərzində daha 48 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6902 nəfərə çatıb: "Son sutkada 2102 yoluxma faktı qeydə alınıb. Bununla da koronavirusa yoluxanların sayı 116 635 nəfərə çatıb".