Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 4 044-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha nəfər artaraq 52-yə çatıb. Yeni ölənlər 68 yaşlı qadın ilə 81 və 82 yaşlı kişilərdir. Onların hər üçündə xroniki xəstəliklər olub.

Bildirilib ki, ölkədə indiyədək 1 666 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 304 aktiv koronavirus xəstəsi var/Report.