“Dağlıq Qarabağ işğal edilmədən əvvəl orada Ahıska türkləri də yaşayırdı”.

Bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib.

“Ahıska türkləri ilə görüşərək erməni tərəfini ifşa etməyə hazırıq”, - deyə icma sədri bildirib.

T. Gəncəliyev xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycandakı rus icması ilə videokonfrans formatında görüş keçirilib.

“Ermənilər mənim doğulduğum Şuşa şəhərində rus kilsəsini erməni kilsəsinə çeviriblər”, - deyə o vurğulayıb/APA.