İranda daha 71 nəfər koronavirusdan ölüb.
Mia.az verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da ölənlərin sayı 6854 nəfərə yüksəlib: "Son gündə daha 1808 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 114 533 nəfərə çatıb".