İtaliya A Seriyasının bərpa tarixi məlum olub.

Bu barədə çempionatın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, liqa iyunun 13-də qaldığı yerdən davam edəcək.

Mayın 18-dən isə klubların kollektiv şəkildə məşqlərə başlamasına icazə verilib.

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koornavirus pandemiyası səbəbindən dayandırılıb/Report.