"Hazırda ölkədəki vəziyyət qiymətləndirilir".
Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu xüsusda karantin rejimi ilə bağlı müəyyən yumşaldılmalar da nəzərdən keçirilir: "Amma bütün bunların hamısı sanitar-epidemioloji vəziyyətdən asılı olacaq".