2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinə edilən hücumda “Əl-Qaidə” terrorçularına yardım etməkdə şübhəli bilinən səudiyyəli vəzifəli şəxsin adı məlum olub.

 “Anadolu” xəbər verir ki, bunu ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) yanlışlıqla açıqlayıb.

Məlumata görə, həmin şəxs Musaed Əhməd əl-Cərrahdir. İctimailəşən sənəddə onun 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin əməkdaşı olduğu vurğulanıb.

Bildirilib ki, səfirlik əməkdaşı əkiz qüllələrə hücum edən 2 terrorçuya yardım edib/Report.